اشعار علیرضارضائی

اشعار فارسی و ترکی علیرضارضائی

اشعار علیرضارضائی

اشعار فارسی و ترکی علیرضارضائی

nədir

دونیا بیر باتاق ،نه دیر ؟
بیر قارادوستاق ،نه دیر ؟
درد،عذاب،هیجران،اؤلوم
سن سیز یاشاماق نه دیر ؟
dünya bir bataq, nədir ?
bir qara dustaq, nədir ?
dərd,əzab,hicran,ölüm
sənsiz yaşamaq nədir ?

səninki

یار گئدیب،گئنه گلر
قاییدیب منه گلر
بو سؤز ضرب المثل دیر
سَنین کی سَنَه گلر
yar gedib,gənə gələr
Qayidib mənə gələr
bu söz zərbi-məsəldir
səninki sənə gələr

parlaq

دونیانین گؤل،باغی سن
سئوگینین دایاغی سن
گؤیدَ ه کی اولدوزلارین
لاپ گؤزل پارلاغی سن
dünyanin gül,baği sən
sevginin dayaği sən
göydəki ulduzlarin
lap gözəl parlaği sən


mutlu həyat

قودوق،ائششک،آت ایچین
بیر پارا،مانات ایچین
اینسان درد،عذاب چکیر
موتلو بیر حیات ایچین
qoduq,eşsək,at için
bir para,manat için
insan dərd,əzab çəkir
mutlu bir həyat için

qaranliq

عاشیق یوخ،فاسیق گلر
میللته لاییق گلر
قارانلیقلاردان سورا
گئنه قارانلیق گلر
aşiq yox,fasiq gələr
millətə layiq gələr
qaranliqlardan sora
gənə qaranliq gələr