ش | ی | د | س | چ | پ | ج |
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
مئشه کیمین،باغ کیمین
یاش،قورو یارپاق کیمین
اود توتوب سَن سیز یانیر
کؤنلوم قاراداغ کیمین
Meşə kimin, bağ kimin
Yaş, quru yarpaq kimin
Od tutub sənsiz, yanır
Könlüm Qaradağ kimin
ایستهمه غمله گلیم
گؤزوم یاش،نمله گلیم
قوجاغین لاپ قیزیشدیر
بیر اؤپوش دمله گلیم
istəmə qəmlə gəlim
gözüm yaş, nəmlə gəlim
qucağın lap qızışdır
bir öpüş dəmlə gəlim
غم، کدَردَن دولموشوق
یارپاق کیمین سولموشوق
بیر شی باهالاشماییب
بیزلر اوجوز اولموشوق
qəm, kədərdən dolmuşuq
yarpaq kimin solmuşuq
bir şey bahalaşmayıb
bizlər ucuz olmuşuq
باش آیاق، سن من اولماز
قوش تویوق، دار گئن اولماز
بو سؤزو مندن اؤیرَن
هئچ کیم سنه سن اولماز
Baş ayaq, sən mən olmaz,
Quş toyuq, dar gen olmaz.
bu sözü məndən öyren,
heç kim sənə "sən" olmaz.