ش | ی | د | س | چ | پ | ج |
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 |
باغلارا بار گئتیردی
داغلارا قار گئتیردی
سنین سئودان کؤنلومه
یوزمین باهار گئتیردی
Bağlara bar gətirdi
Dağlara qar gətirdi
Sənin sevdan könlümə
Yüz min bahar gətirdi
Yaşamın mənasıdır
Doyğular adasıdır
Yar mənim dənizimin
Lap gözəl qayasıdır
یاشامین معناسى دیر
دویغولار آداسی دیر
یار منیم دنیزیمین
لاپ گؤزل قایاسی دیر
یومورتا،یاغ قالمادی
داغ-داش،چؤل،باغ قالمادی
اوغرولارین الیندن
هئچ بیر شی ساغ قالمادی
Yumurta, yağ qalmadı
Dağ-daş,çöl , bağ qalmadı
Oğruların əllindən
Heç bir şey sağ qalmadı
گئنیش دیر آمما دار دیر
گئجه-گوندوزو تار دیر
هئچ بیر یولچوسو یوخدور
قلبیم ایزسیز دیار دیر
Genişdir amma dardır
Gecə-gündüz tardır
Heç bir yolçusu yoxdur
Qəlbim izsiz diyardır