ش | ی | د | س | چ | پ | ج |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
گل بیر آز یئتیش منه
چیریش تک یاپیش منه
شیرین دوداغلاریندان
وئر بیر آز یئمیش منه
gəl biraz yetiş mənə
çiriş tek yapiş mənə
şirin dodaqlarindan
ver beraz yemiş mənə
داغی،دومان- چَنه وئر
جان وئردین،وطنه وئر
سئوگی، گؤزل وارلیق دی
قدرینی بیلنه وئر
daği duman,çənə ver
can verdin,vətənə ver
sevgi gözəl varliqdir
qədrini bilənə ver
اوره ییم لیمانین دیر
گؤزلریم حیرانین دیر
دونیانین گؤزل یئری
سنین قلبین،یانین دیر
ürəyim limanindir
gözlərim heyranindir
dünyanin gözəl yeri
sənin qəlbin,yanindir
یار گئدیب،گئنه گلر
قاییدیب منه گلر
بو سؤز ضرب المثل دیر
سَنین کی سَنَه گلر
yar gedib,gənə gələr
Qayidib mənə gələr
bu söz zərbi-məsəldir
səninki sənə gələr
عاشیق یوخ،فاسیق گلر
میللته لاییق گلر
قارانلیقلاردان سورا
گئنه قارانلیق گلر
aşiq yox,fasiq gələr
millətə layiq gələr
qaranliqlardan sora
gənə qaranliq gələr