ش | ی | د | س | چ | پ | ج |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 |
اؤرکدَن قاچار گئدر
نور کیمین ساچار گئدر
پول اولماسا،سئوگی دَه
قوش اولوب،اوچار گئدر
ürəkdən qaçar gedər
nurkimin saçar gedər
pul ulmasa sevgidə
quş ulub uçar gedər
داغی،دومان- چَنه وئر
جان وئردین،وطنه وئر
سئوگی، گؤزل وارلیق دی
قدرینی بیلنه وئر
daği duman,çənə ver
can verdin,vətənə ver
sevgi gözəl varliqdir
qədrini bilənə ver
کیم دئییب یارا باخمام
عشقینده سوسوب،آخمام
سئوگی منی بوراخسا
سئودییمی بوراخمام
kim deyib yara baxmam?
eşqində susub,axmam
sevgi məni buraxsa
sevdiyimi buraxmam
دونیانین گؤل،باغی سن
سئوگینین دایاغی سن
گؤیدَ ه کی اولدوزلارین
لاپ گؤزل پارلاغی سن
dünyanin gül,baği sən
sevginin dayaği sən
göydəki ulduzlarin
lap gözəl parlaği sən