ش | ی | د | س | چ | پ | ج |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 |
گؤسترمز علاجی نی
کسمز دار آغاجی نی
هئچ کیم درک ائده بیلمز
ایچیمده کی آجی نی
gösterməz əlacını
kəsməz darağacını
heçkim dərkedə bilməz
içimdəki acicını
آنلاماق اود-اوجاق دیر
راحاتلیغدان اوزاق دیر
بوتون سیخینتی لارین
قایناغی آنلاماق دیر
Anlamaq od-ocaqdir
rahatlıqdan uzaqdir
bütün sıxıntılarin
qaynaği anlamaqdir
عشق دن گؤزل پاییم وار
جننت ده ساراییم وار
ائل-عالمین بیر آیی
منیم ایکی آییم وار
Eşqdən gözəl payım var
cənnətdə sarayım var
el-aləmin bir ayı
Mənim iki ayım var
باشیم گیجلمز آرتیق
ایشیم دوزلمز آرتیق
گئدیشیندن بللی دی
گئدیب او گلمز آرتیق
başım gicəlməz artıq
işim düzəlməz artıq
gedişindən bəllidi
gedib o, gəlməz artıq
پاییز،قیش،باهارام من
سنه گوره وارام من
مین یول دونیایا گلسه م
سن سیز یاشامارام من
payız, qış, baharam mən
sənə görə varam mən
Min yol dünyaya gəlsəm
sənsız yaşamaram mən