ش | ی | د | س | چ | پ | ج |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
وئرمه ییب آمان سیلر
چوخ دردلی،یامان سیلر
ایسته سن،ایستمَه سن
سنی ده زامان سیلر
verməeib aman silər
çox dərdli,yaman silər
istəsən,istəməsən
sənide zaman silər
بیر گون درد،غوصّه قاچار
اومود گونشی ساچار
برک اول،دایان،اوزولمَه
صبیر چیچک دیر آچار
bir gün dərd-qüssə qaçar
umud güneşi saçar
bərk ol dayan,üzülmə
səbır çiçek dır açar
یاز ،اوخو من دن سورا
آغلا بیلندن سورا
دردلرین،آجی لارین
بیتر اؤلندن سورا
yaz,oxu,məndən sora
ağla biləndən sora
dərdlərin,acilarin
Bitər öləndən sora
غم- غوصّه نی بوراخ،از
گئت گوزل دونیانی گز
آدام اولندن سورا
یارپیز کیمین گویَرمز
qəm,qüssəni,burax,əz
get gözəl dünyani gəz
adam öləndən sora
Yarpiz kimin göyərməz
سنینله خوش دور جانیم
سن مرهمیم، درمانیم
یوخسان،سنینله کئچیر
هر نفسیم،هر آنیم
seninle xoşdur canim
sən mərhəmim ,dermanım
yoxsan ,seninle keçir
hər nəfəsim ,hər anim